Baidu
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye İnternet
Məhsulları proqram təminatı[1], İnternetdə axtarış sistemləri
Təsis tarixi yanvar 2000
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 17.931.000.000 $ (2022)[2]
Xalis mənfəəti
  • 1.096.000.000 $ (2022)[2]
Əməliyyat mənfəəti
  • 2.307.000.000 $ (2022)[2]
Struktur
İşçi sayı
  • 5.500 nəf.
baidu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baidu — Veb xidmətlər göstərən Çin şirkəti. Şirkətin əsas xidməti, öz axtarış motoru olan "Baidu Search" adlı internet axtarış sistemidir. Çin axtarış motorları arasında liderdir. Qlobal axtarış motorları bazarında 1.06 faiz bazat payı ilə dördüncü yeri tutur. Şirkət Kayman Adalarında qeydiyyatdan keçsədə mərkəzi Çinin Pekin şəhərində yerləşir. Çin bazarı şirkətin gəlirlərinin 98 faizini təşkil edir. Şirkət bir neçə dəfə digər ölkələrin bazarlarına girməyə cəhd göstərsədə bu uğursuz olub.

"Forbes Global 2000"in 2019-cu il üçün dünyanın ən böyük şirkətləri siyahısında 297-ci, bazar kapitallaşmasına görə 186-cı, xalis mənfəətə görə 181-ci, dövriyyəyə görə 675-ci və aktivlərə görə 693-cü yeri tutub.[3] Bu siyahıda Çin şirkətləri arasında 45-ci yeri tutub.

Baidu, məqalə sayında Çin Vikipediyasını geridə qoymuş onlayn ensiklopediyaya, Baidu Ensiklopediyasına da sahibdir.

Tarixi

[redaktə | mənbəni redaktə et]

Şirkət 2000-ci ildə, Amerika vençur maliyyələşdirilməsi edən şirkətlərdən 1,2 milyon dollarlıq başlanğıc kapitalı əldə edən Robin Li və Erik Syu tərəfindən qurulub. Onların hər ikisi də, ali təhsillərini ABŞ-də alıblar. Firmanın adı "yüz dəfə" mənasını verən və Sun sülaləsi dövrundə yazılmış bir şeirdən götürülur.

Bir il sonra şirkət, vençur fondlarından daha 10 milyon alır.

2004-cü ildə Baidu Çində aparıcı axtarış motoruna çevrilir.

2005-ci ildə, şirkət NASDAQ birjasına çıxır və ilkin ictimai təklif həyata keçirdir. "Baidu"nun səhmləri yerləşdirildiyi zaman, son on ilin rekordunu qırır. Şirkətin səhmləri ticarət sessiyasının sonuna kimi dörd dəfədən çox bahalaşır.

2007-ci ilin dekabrında Baidu "NASDAQ-100"ə düşən ilk Çin şirkəti olur.[4]

12 yanvar 2010-cu il tarixində sayt "İran Kiber Ordusu"nun hakerləri tərəfindən hücuma məruz qalır. Cinayətkarlar şirkətin DNS qeydlərini dəyişdirirlər və trafiki başqa bir sayta yönləndirlər.[5]

Baidu 2012-ci ilin Noyabr ayında, onlayn video şirkəti olan "iQIYI, Inc."in səhmlərinin əksər hissəsini satın alır. 2018-ci ilin Noyabr ayında səhmlərinin bir hissəsi "IQ" tikeri ilə NASDAQ birjasında siyahıya alınır. Bu şirkətə 2,4 milyard dollar qazandırır.

2021-ci ilin yanvarında Baidu Geely Automobile ilə, ağıllı avtomobillər istehsal etmək üçün müqavilə bağlayır.[6]

Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əsas veb xidmətlər:

Baydupedia

[redaktə | mənbəni redaktə et]

20 aprel 2006-cı ildə şirkət alternativ bir layihəyə, Baydupedia (百度 百科) layihəsinə başladığını elan edir. Fəaliyyətə başladıqdan üç həftə sayında məqalə sayında Çin Vikipediyasını keçir. Hal-hazırda "Baydupedia"da 15.000.000-dən çox məqalə var. "Baydupedia"da edilən düzəlişlər dərhal görünmür, ancaq moderatorlardan və ehtimal ki dövlət senzurasından keçir. Məsələn, burada Tayvanın müstəqilliyinə dair məqalə yoxdur.

Perspektivdə olan layihələr

[redaktə | mənbəni redaktə et]

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. National Software Reference Library.
  2. 1 2 3 10-K forması. 2023.
  3. https://www.forbes.com/companies/baidu/ Arxivləşdirilib 2020-01-10 at the Wayback Machine (#empty_citation)
  4. Энди Гринберг Бросить вызов Google Arxivləşdirilib 2015-05-18 at the Wayback Machine Forbes.ru
  5. "Baidu.com лежит (Update: Baidu хакнули иранские хакеры) / Китайский интернет / Магазета". 2011-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  6. http://russian.people.com.cn/n3/2021/0113/c31518-9808901.html Arxivləşdirilib 2021-01-13 at the Wayback Machine (#empty_citation)
  7. "Baidu начнет серийное производство самоуправляемых авто за пять лет". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.