Budaq Budaqov
Doğum tarixi 23 fevral 1928(1928-02-23)
Doğum yeri
Vəfat tarixi 1 noyabr 2012(2012-11-01) (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əbdüləli Budaqov
Anası Dilbər Budaqova
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi coğrafiya elmləri doktoru (1967)
Elmi adları akademik (1989)
professor (1969)
İş yeri AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
Təhsili
Elmi rəhbəri Lilienberq D.A.
Tanınmış yetirmələri Səfərəli Babayev, Elbrus Əlizadə, Sitarə Tarixazər, Yaqub Qəribov
Tanınır

coğrafiyaçı alim

"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2008
"Şöhrət" ordeni — 2000
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ1 noyabr 2012, Bakı)[1][2]Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru.[3]

Həyatı

Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1955–1958-ci illərdə -Azərbaycan SSR Coğrafiya İnstitutunda kiçik elmi işçi əmək fəaliyyətinə başlamışdır. Artıq alim 1958-ci ildə SSRİ AAK-ın qərarı ilə baş elmi işçi adı almışdır. 1958–1962-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, 1965–1968-ci illərdə Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının (yarım ştatda) müəllimi kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə Bakıda coğrafiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.

1967–1986-cı illərdə AMEA akad. H. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri, 1970–1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezident müavini, 1974–1983-cü illərdə isə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi vəzifələri tutmuşdur. Müxtəlif dövrlərdə bir çox məsul vəzifələrə təyin olunmuşdur: AMEA müxbir üzvü (1976, Dövlət imtahanı komissiyasının sədri (APİ. Coğrafiya ixtisası üzrə. Bakı) (1982), AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1986), AMEA Coğrafiya İnstitutunun fiziki coğrafiyaxəritəçilik şöbəsinin rəhbəri (1986), AMEA həqiqi üzvü (1989), Azərbaycan Coğrafiya Cəmiyyətinin V qurultayında cəmiyyətin prezidenti və AMEA Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri (1990), Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri və Azərbaycan Ağsaqqallarnın üçüncü növbədən kənar qurultayında Respublika Ağsaqqallar Şurasının sədri (1997), Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000–2012).

Ailəsi

Həyat yoldaşı — Zərifə Budaqova (1929–1989) — filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu direktor vəzifəsində işləyib.

2 oğlu, 1 qızı, 4 nəvəsi

Elmi fəaliyyəti

Geomorfologiya

Landşaftşünaslıq

Aerokosmik metodlar

Toponimika

Əhali coğrafiyası

Xəzər dənizi problemləri

Elmi yaradıcılığı

Coğrafiya elmində yeniliklər

Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, Müasi və qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirilmişdir. İlk dəfə Şərqi AvropadaAsiyada türk mənşəli ErmənistanGürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənmişdir.

Xəritələr

Budaq Budaqov
  1. Геоморфологическая карта Азербайджанской ССР. М-б. 1:1500000[5]
  2. Орографическая карта Азербайджанской ССР. //Атлас Азербайджанской ССР. М-б, 1:600000.[6]
  3. Карта новейших тектонических движений Азербайджанской ССР. М-б. 1:500000.[7]
  4. Геолого-литологическая карта четвертичных отложений Азербайджана. М-б. 1:600000.[8]
  5. Карта новейшей тектоники Юга СССР. -М.:ГУГК СССР[9]
  6. Неотектоническая карта Азербайджанской ССР. М-б 1:600000[10]
  7. Азербайджанская ССР. Туристическая схема.[11]
  8. Карта четвертичных отложений Азербайджанской ССР.М-б. 1:500000.[12]
  9. Карта типов ландшафта и физико-географическое районирование Азербайджанской ССР М., ГУГК СССР.[13]
  10. Геоморфологическая карта Кавказа[14]
  11. Карта ландшафтных поясов. Атлас Азербайджанской ССР[15]
  12. Карта физико-географического районирования М-б. 1:300000.[16]
  13. Геоморфологическая карта Азербайджанской ССР М-б. 1:3000000.[17]
  14. Ландшафтная карта Закавказья.[18]
  15. Геоморфологическая карта СССР[19]
  16. Неотектоническая карта Азербайджана.М-б 1:500000[20]
  17. Орографическая карта Азербайджанской Республики. М-б. 1:600000.[21]
  18. Ландшафтная карта //Атлас Азербайджанской Республики. М-б. 1:2500000.[22]
  19. Карта физико-географического районирования М-б. 1:3000000.[23]
  20. Геоморфологическая карта М-б.1:3000000[24]

Haqqında

Kitabları

B. Ə. Budaqov "Vətən yanğısı"
  1. Dağlıq Qarabağın tarixi — coğrafi toponimləri
  2. Coğrafi terminlər lüğəti
  3. Azərbaycanın təbii landşaftları
  4. Azərbaycan təbiəti
  5. Azərbaycanın fiziki coğrafiyası
  6. Dağların həyatı. Bakı: Azərnəşr, 1965.
  7. Əfsanəvi dağlar. Bakı: Elm, 1973.
  8. Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası. Bakı: 1973, 256 s.
  9. Təbiəti qoruyun. Bakı: 1977, 64 səh.
  10. Elim, obam mənim. Bakı: Elm, 1984, 69 səh.
  11. Azərbaycanın müasir təbii landşafları. Bakı: Elm, 1988, 135 s.
  12. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Elm, 1988, 452 s.
  13. Тюркская топонимия Евроазии. Баку: 1988. Turkic toponyms of Eurasia. "Elm" publishing house, 1997.
  14. Dözümlü, dözümsüz təbiət. Bakı, 1990, 120 s.
  15. Təbiət və poeziya. Bakı: Elm, 1992, 136 səh.
  16. Türk uluslarının yer yaddaşı. Bakı: Elm, 1995, 270 səh.
  17. Çobankərə eli. Bakı: Elm, 1996, 180 səh.
  18. Novruz yaşarlı ömür. Bakı: Elm, 1996, 47 səh.
  19. Şəhriyarın "Heydərbabaya salam" poemasında təbiət. Bakı: Oğuz eli, 1998, 30 səh.
  20. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti (Qiyasəddin Qeybullayev ilə həmmüəllif): I hissə Arxivləşdirilib 2012-05-26 at the Wayback Machine, II hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, III hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, IV hissə Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine. Bakı, "Oğuz eli", 1998.
  21. Ağsaqqal sözü. Bakı: Oğuz eli, 1998, 168 səh.
  22. Nəbi Xəzri kəhkəşanı. Bakı: Oğuz eli, 1999, 71 səh.
  23. Vətən yanğısı. Bakı: Oğuz eli, 2002, 230 səh.
  24. Ağsaqqalın hikmət dünyası. Bakı: Vətən, 2003, 269 səh.
  25. Çobankərə eli. (ikinci nəşr) Bakı: 2007, 374 səh.
  26. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti Arxivləşdirilib 2012-05-26 at the Wayback Machine(Qiyasəddin Qeybullayev ilə həmmüəllif). Bakı: Nurlan, 2008, 312 s. 500 nüsxə.
  27. Coğrafiya Elminin uğurları. XI cilddə
  28. Heydər Əliyev fenomeni//Bakı: "İsmayıl" nəşr, 2002, 137 s.

Əsərləri

  1. Böyük Qafqazın Cənub-Şərq hissəsinin (Azərbaycan ərazisinin) oroqrafiyasına dairş AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1958, № 2, s. 113–130, xülasə rus., ədəbiyyat: 22 adda.
  2. Böyük Qafqazın şərq hissəsinin müasir və qədim buzlaşması. AzSSR EA Məruzələri. 1958, 14-cü c, № 2, s.119–124.
  3. Şahdağ zonasında yeni tapılmış yuxarı Sarmat çöküntüləri və onunla əlaqədar olan tektonik hərəkətlər haqqında. Elmi əsərlər/ADU.
  4. Geologiya və coğrafiya elmləri seriyası. 1958, № 1, s. 33–37. Q. M. Sultanovla birlikdə.
  5. Cənub-Şərqi Qafqazın şimal yamacının dəniz və çay terrasları AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1959, № 3, s. 117–130, xülasə rus., ədəbiyyat: 25 adda.
  6. Şərqi Qafqazın bəzi buzlaqlarının geri çəkilməsinə dair AzSSR EA Məruzələri. 1959, 15-ci c., № 5, s. 401–404, xülasə rus 1960
  7. Azərbaycan SSR-in fiziki coğrafiyasının qırx ildə öyrənilməsi və onun gələcək vəzifələri haqqında AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 2, s. 83–88, xülasə rus.
  8. Bir dərslik haqqında AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 4, s. 112–114. N. Ş. Şirinovla birlikdə.
  9. Həsənbəy Zərdabinin coğrafi fikirləri. AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 3, s. 132–142, xülasə rus., ədəbiyyat: 7 adda.
  10. Hövzənin geomorfoloji quruluşu. Kişçay hövzəsində sel hadisələri və onunla mübarizə tədbirləri. Bakı, 1961, s. 22–27.
  11. Şahdağ massivində (Azərbaycan SSR) baş vermiş qədim buzlaqların eqzarasion və akkumulyativ relyef formaları AzSSR EA Coğrafiya İnstitutunun əsərləri. 1961, 10-cu c., s. 90–109, xülasə rus., ədəbiyyat: 16 adda.
  12. Alazan-Əyriçay vadisinin Mazımçay-Şinçay arası sahəsi) landşaft xüsusiyyətinə dair//Elmi əsərlər/ADU. Geologiya-coğrafiya elmləri seriyası. 1964, № 2, s. 49–59. V. N. Nəbiyevlə birlikdə.
  13. Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaqları Bakı: AzEA nəşr., 1965, s. 156, ədəbiyyat: 189 adda.
  14. Dağların həyatı Bakı: Azərnəşr. 1965, s. 99, ədəbiyyat: 11 adda.
  15. Alazan-Həftəran çökəkliyinin fiziki-coğrafi rayonlaşması elmi əsərlər /ADU. Geologiya-coğrafiya elmləri seriyası. 1965, № 3, s. 87–93, ədəb: 6 adda.
  16. Cənub-Şərqi Qafqazın cənub yamacının sürüşmələri.AzSSR EA Xəbərləri. Yer haqqında elmlər seriyası. 1966, № 2, s. 95–101, xülasə rus., ədəbiyyat: 8 adda. A. A. Mikayılovla birlikdə.
  17. Naxçıvan MSSR düzənlik landşaft kompleksiAzSSR EA Coğrafiya Cəmiyyətinin əsərləri. 1968,4-cü cild, s.148–159, xülasə rus. S. Y. Babayevlə birlikdə.
  18. Coğrafiya terminləri lüğəti. Bakı: "Elm", 1972, s.109. R. M. Yüzbaşov, Ə. C. Əyyubov, Ş. C. Əliyev, X. C. Zamanov, X. İ. Ömərova, S. H. Rüstəmov, B. S. Cəfərov, N. Ş. Şirinovla birlikdə.
  19. Azərbaycan toponimikasının öyrənilməsi və vəzifələri haqqında Azərbaycan toponimikasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları. Bakı, 1973, s. 5–6.
  20. Azərbaycan SSR-in təbii landşaftları və onların qorunması//Bakı: "Elm", 1974, s. 37.
  21. Azərbaycan SSR landşaftının şaquli differensiasiyasına dair. AzSSR EA Xəbərləri. Yer haqqında elmlər seriyası. 1974, № 6, s. 3–10, xülasə rus., ədəbiyyat: 10 adda.
  22. Mişovdağ palçıq vulkanlarının geomorfoloji quruluşu və müasir landşaftı. AzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1975, № 5, s. 73–78, xülasə rus, ingl. Mikayılovla birlikdə.
  23. Naxçıvan MSSR-in təbii rayonlaşması və şaquli qurşaqların strukturu: Azərbaycan SSR relyefinin inkişaf tarixi məsələləri və landşaftları//Elmi əsərlər/AzSSR EA Coğrafiya İnstitutu. 1976, 16-cı c, s.178–192, xülasə rus., ədəbiyyat: 21 adda. S. Y. Babayevlə birlikdə.
  24. Kitabi Dədə Qorqud dastanı və toponimlərimiz . Elm və həyat. 1977, № 6, s. 18–20.
  25. Azərbaycanda palçıq vulkanlarının geniş yayıldığı ərazilərin landşaft rayonlaşması//AzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1978, № 3, s.8–12. A. A. Mikayılovla birlikdə.
  26. Sovet Azərbaycanının coğrafiyası//Tarix, ictimaiyyət, coğrafiya tədrisi//Azərbaycan məktəbi. 1983, № 3, s. 44–52.
  27. Azərbaycan SSR-in coğrafiyası: 7–8-ci siniflər üçün//Bakı: Maarif, 1984, s.159. H. B. Əliyevlə birlikdə.
  28. Elim, obam mənim//Bakı: Elm, 1984, s. 69.
  29. Məktəb coğrafiyası kursunun tədrisində geologiya//Tarix, ictimaiyyat, coğrafiya tədrisi/Azərbaycan məktəbi. 1984, № 5, s. 24–30.
  30. Coğrafiyanın qlobal qanunauyğunluqlarına dair//Tarix, ictimaiyyat, coğrafiya tədrisi/Azərbaycan məktəbi. 1984, № 3, s. 42–52.
  31. Oroqrafiya. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası //Bakı: "Elm", 1996. s. 6–9. N. Ş. Şirinovla birlikdə.
  32. Relyefin morfometrik xüsusiyyətləri. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 16–19. İ. E. Mərdanovla birlikdə.
  33. Coğrafiya elmi 50 ildə //Coğrafiya elmi 50 ildə. Bakı: "Elm", 1996, s.3–4.
  34. Relyefin əsas genetik tipləri. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 19–24. X. K. Tanrıverdiyev, V. D. Hacıyev, A. S. Səfərovla birlikdə.
  35. Geomorfoloji rayonlaşma. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 31–32.
  36. Geomorfologiya. Coğrafiya elmi 50 ildə//Bakı, 1996, s. 25–35. N. Ş. Şirinov, X. L. Tanrıverdiyev və E. K. Əlizadə ilə birlikdə.
  37. Landşaftşünaslıq. Coğrafiya elmi 50 ildə //Bakı: "Elm", 1996, s.15–26.
  38. Toponimika. Coğrafiya elmi 50 ildə //Bakı: "Elm", 1996, s. 116–122.
  39. Coğrafi tədqiqatların xalq təsərrüfatına tətbiqiCoğrafiya elmi 50 ildəBakı: Elm, 1996, s. 122–142.
  40. Azərbaycan Respublikasının təbii-iqtisadi rayonlaşdırılması və onun inzibati idarəetmədə istifadə yolları Azərbaycan XXI əsrin astanasında Respublika elmi-praktiki konfransının materialları//Bakı, 1997, s.272–274. A. Nadirov və T. Həsənovla birlikdə.
  41. Ləzə sürüşmə sel axınının əmələ gəlməsinin geodinamiki xüsusiyyətləri Azərbaycan Coğrafiya Cəmiyyətinin VII qurultayının materialları. Bakı, 1998, s.6. A. A. Mikayılov və A. İ. Qəhrəmanovla birlikdə.
  42. Yaddaşımızın tarixi. Dil məsələlərinə dair tematik toplu-2.//Bakı, 1998, s.116–120.
  43. Coğrafiya elminin müasir fundamental problemləri. Coğrafiyanın fundamental problemləri üzrə Birləşmiş Elmi Şuranın ikinci səyyar sessiyası haqqında. Bakı: "Elm", 1998, № 19–20, s. 44–53.
  44. Azərbaycanın təbii-coğrafi şəraiti/Azərbaycan tarixi. Bakı: "Elm", 1998, s.44–53.
  45. Azərbaycanlıların Ermənistandan deportasiyası tarixinin tədqiqi sahəsində təxirəsalınmaz vəzifələrimiz. Tarix və onun problemləri. Bakı, 1998, № 1(3), s.3–16. və s.[27]
  46. Əfsanəli dağlar: Azərbaycan dağları haqqında. Bakı: "Elm", 1973, s. 86. H. Ə. Əliyevlə birlikdə.
  47. Məktəb coğrafiyası kursunun tədrisində geologiya//Tarix, ictimaiyyat, coğrafiya tədrisi/Azərbaycan məktəbi. 1984, № 5, s. 24–30

Elmi kütləvi məqalələri

  1. Üzən su anbarları
  2. Qərq olmuş dağlar
  3. İki mərtəbəli çaylar
  4. Canlı adalar
  5. Torpaq nəfəs almırmı?
  6. Yerin dərinliyinə doğru
  7. Dağların həyatı
  8. Antarktidanın taleyi
  9. Marian çökəkliyinin taleyi

Elmi publisistik məqalələr

  1. Qazaxıstan torpağının gur şəlaləsi: Ç. Z. Vəlixanovun anadan olmasının 150 illiyi münasibətiləAzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1987, № 5, s. 71–76.
  2. Görkəmli alimvətəndaş. Akademik Həsən ƏliyevAzərbaycan təbiəti. 1993, № 2, s. 1–2.
  3. Akademik H. Ə. Əliyev torpaqşünas, coğrafiyaşünas, torpağın həyəcan carçısı (elmin korifeyləri) //Bakı: "Elm", 1994, s.197.
  4. Bakıxanovun coğrafi fikirlərinə dair.Abbasqulu Ağa Bakıxanov 200 (1794–1846)Respublika konfransının materialları (tezisləri). 1994, s. 18–19.
  5. Elin oğlu (akademik H. Ə. Əliyev haqqında xatirələr). Tərtibçi// Bakı: "Elm", 1995, s. 154, 2002, s. 136.
  6. Novruz yaşarlı ömür. Şıxəli Qurbanov haqqında xatirələr//Bakı: "Elm", 1996, s. 47.
  7. Azərbaycanlıların Ermənistandan deportasiyası tarixinin tədqiqi sahəsində təxirəsalınmaz vəzifələrimiz. Tarix və onun problemləri. Bakı, 1998, № 1(3), s.3–16.
  8. Xalqımızın şəfaətli Şəfaəti. Görkəmli alim, səmimi insan, unudulmaz dost (akademik Şəfaət Mehdiyev haqqında xatirələr)//Bakı, 2000
  9. İlham dünyası (İlham Əliyev haqqında).//Təfəkkür elmi-ictimai-siyasi jurnal. 2000, № 2, s. 2–7.
  10. Selləri ram etmək olar Azərbaycan təbiəti. 2001, № 1.
  11. Tale yüklü dənizlər.Coğrafiya elminin uğurları. "İsmayıl" nəşr, 2001, s.65.
  12. Ziyalı Ziya duhası. Ölümdən güclü. Ziya Bünyadov müasirlərin xatirələrində//Bakı: "Elm", 2002, s. 286. və s.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

Təltif və mükafatlar

Filmoqrafiya

  1. Azərbaycan SSR (film, 1978)
  2. Şeirin xəzrisi (film, 2000)
  3. Azərbaycan xəritəsi (film, 2006)
  4. Böyük ömrün 7 anı (film, 2007)
  5. Təbiətin xilaskarı (film, 2007)

Xarici keçidlər

Ədəbiyyat

  1. Budaq Budaqov "Həyat anlarımdan səhifələr".
  2. Şəmsiyə Musa qızı. Alim oldun yaz, cahil oldun qaz. //İki sahil.-2000, 18 fevral.
  3. Elşən Məmmədov. Görkəmli alim, gözəl insan//Vaxt.-1999, 14 – 20 yanvar.
  4. Zahid Məmmədov. Elm fədaisi (B. Ə. Budaqovun anadan olmasının 70 illiyi münasibətilə)//Azərbaycan müəllimi.-1998, 5 fevral.
  5. Hüseyn Əhmədov. Qərbi Azərbaycan ziyalılarının ümumazərbaycan maarifi, elm və mədəniyyətinin inkişafında tarixi xidmətləri//Azərbaycan.-1998, 23 fevral. S. 5.
  6. Aydın. Akademikin Həcc ziyarəti//Gün.-19698, 3 may. B. Ə. Budaqovun Həcc ziyarəti haqqında.
  7. Azərtac. Azərbaycan Prezidenti Heydər Əliyev Respublika Ağsaqqallar Şurasının üzvlərini qəbul etmişdir (B. Ə. Budaqov haqqında). //Azərbaycan.-1998, 22 may.
  8. Akif Əlizadə. Elmə həsr edilmiş ömür//Respublika.-1998, 24 fevral. B. Ə. Budaqovun elmi fəaliyyətindən
  9. Nərgiz Rüstəmli. İstanbulda 3 gün//Respublika.-1997, 30 aprel. S3.
  10. Nəriman Həsənzadə. Ölməzliyin vəsfi//Həyat.-1995, 30 sentyabr.

İstinadlar

  1. "Скончался видный азербайджанский учёный Будаг Будагов". 2014-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  2. Будаг Абдулали оглы Будагов Arxivləşdirilib 2010-09-19 at the Wayback Machine//Национальная Академия наук Азербайджана
  3. Respublika Prezidentinin Fərmanı
  4. B. Ə. Budaqov "Elm mənim daxili dünyamın cövhəridir "
  5. Атлас Азербайджанской ССР. Совместно с Н.В.Думитрашко, Б.А.Антоновым. Баку, 1963. −33 с.
  6. Б.А.Антоновым, В.Г.Завриевым. Баку, М.: ГУГК СССР. 1963. С.21.
  7. М.Т.Агабековым, Ш.А.Азизбековым, Б.А.Антоновым, Ф.С.Ахмедбейли, Б.Г.Векиловым. Баку, 1967
  8. Б.Г.Векиловым, А.В.Мамедовым, Н.И.Мамедьяровым, Н.В.Пашалы, Н.Ш.Шириновым, Д.М.Сулеймановым.Составлена по материалам Институтов географии и истории АН Азерб. ССР Баку,1971
  9. Б.А.Антоновым, А.В.Мамедовым, Н.Ш.Шириновым. М.:ГУГК СССР.- 1972
  10. М.Г.Агабековым, Ш.А.Азизбековым, Б.А.Антоновым, Ф.С.Ахмедбейли, М.И.Мамедовым, М.А.Мусеибовым, Э.Ш.Шихалибейли, Н.Ш.Шириновым, Р.Григорянц. -М.: ГУГК СССР.- 1972.
  11. Ш.Дж.Алиевым М., 1973
  12. Р.Н.Абдуллаевым, М.Г.Агабековым, Ш.А.Азизбековым, А.А.Ализаде, Б.А.Антоновым, А.С.Байрамовым, А.А.Байрамовым, Б.Г.Векиловым, М.Д.Гавриловым, Т.Г.Гаджиевым, Л.В.Голубянтниковым, Н.В.Думитрашко, Н.С.Ибрагимовым, Л.А.Лилиенбергом, А.В.Мамедовым, Ш.Ф.Мехтиевым, М.Ф.Мирченк, Н.В.Пашалы, К.Н.Паффенгольцем, А.Д.Султановым, В.Г.Хаиным, В.В.Шарковым, Э.Ш.Шихалибейли, А.А.Якубовым. Баку, −1975.
  13. А.Д.Эйюбовым. ГУГК СССР. 1978
  14. М.М.Аббасовым, Б.А.Антоновым, Е.Н.Астаховым, С.П.Бальяном, Л.Н.Заграбяном, Н.В.Леонтьевой , Д.А.Бергом, Е.Е.Милановским, В.М.Муратовым, Н.Н.Сафроновым, Д.В.Церетели, Н.Ш.Шириновым М.:ГУГК СССР. −1979.
  15. М., 1979. -С.19.
  16. М.А.Мусеибовым. Атлас Азербайджанской ССР. С19. М., 1979.
  17. Атлас Азербайджанской ССР-М., 1979. С. 14.
  18. Д.Б.Уклеба, М.А.Мусеибовым, Е.В.Сохадзе, А.Б.Багдасаряном, А.Ф.Асланашвили.М., 1983
  19. М-б 1:2500000.-М., 1986. В соавторств.
  20. Ф.С.Ахмедбейли, В.Д.Гаджиевым, А.В.Мамедовым, М.А.Мусеибовым, Г.А.Халиловым, Н.Ш.Шириновым, Э.Ш.Шихалибейли. М., 1991.
  21. И.Э.Мардановым, Р.Я.Кулиевым. Баку, −1994
  22. . Баку, 1996.
  23. М.А.Мусеибовым Атлас Азербайджанской Республики Баку, 1996.
  24. И.Э.Мардановым, М.А.Мусеибовым.Баку, 1996
  25. Bakı, 2013 Nafta-Press
  26. Akad. B. Ə. Budaqovun həyat və elmi yaradıcılığını əks etdirən kitab. Azərbaycan.-2000, 14 may
  27. Budaqov Budaq Əbdüləli oğlu Biblioqrafiya Bakı, 2006 "Nafta-Press"
  28. "Скончался академик Будаг Будагов". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.