Ervand Sevortyan
Ervand Vladimiroviç Sevortyan
Doğum tarixi
Doğum yeri Yalta, Krım
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Moskva
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi türkologiya
Elmi dərəcəsi
Elmi adı
  • professor[d] (1969)
İş yerləri
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d]
Alma-mater Simferopol Universiteti
Təhsili
  • M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutu[d] (–1930)
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni

Ervand Sevortyan (22 oktyabr 1901, Yalta, Rusiya imperiyası23 mart 1978, Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.

Həyatı

1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978-2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II-IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.[1]

Türk Dil Qurumunun müxbir üzvü olub (1957).[2]

Əsərləri

Məqalələri

İstinadlar

  1. "Этимологический словарь тюркских языков в 8 томах (1978-2008)". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  2. "Чувашская энциклопедия — Севортян Эрванд Владимирович". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.