Frayberq Texniki Universiteti
Technische Universität Bergakademie Freiberg
Loqonun şəkli
Xəritə
50°55′06″ şm. e. 13°20′26″ ş. u.
Əsası qoyulub 1765
Tələbə sayı 4.016[1]
Ölkə
Sayt tubaf.org/home
tubaf.org/en/home
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Universitetin gerbi

Frayberq Texniki Universiteti (alm. Technische Universität Bergakademie Freiberg‎) — Saksoniya universiteti olub Frayberq dairəsinin mərkəzində yerləşir. O Çitau universitetindən sonra Saksoniyada ikinci kiçik universitet sayılır.

Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindəndir. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə uduzandan sonra borclarını ödəyə bilsin.

Frayberq Texniki Universitetində iki kimyəvi element kəşf edilmişdir. Bunlardan İndium 1863-cü ildə Ferdinand Rayh və Teodor Rihter (almanca Ferdinand Reich və Theodor Richter) və Germanium 1886-cı ildə Klemens Vinkler (almanca Clemens Winkler) tərəfindən kəşf edilmişlər.

Drezden Texniki Universiteti 1871-ci ildə yaradılana qədər Frayberq Texniki Universiteti Saksoniya şahlığının ən böyük ali məktəbi sayılırdı. 1905-ci ildən Universitetdə "Doktor" elmi dərəcələrin verilməsinə icazə verilmişdir. 1940-cı ildən burada riyaziyyat, təbiət elmləri üzrə fakültələr fəaliyyət göstərir.

Frayberq Texniki Universiteti hal hazırda dağ-mədən işləri üzrə dünyada mövcud olan ən qədim təhsil ocaqlarindan biridir. Ondan qabaq yaradılmış Potosi (Bolivaya 1557–1786), Kongsberg (Norveç, 1757–1814), Banska Stiavnica (1762–1919) və Praga (1762–1772) Dağ-mədən akademiyalari isə artiq mövcud deyillər. Almaniyanin təkrar birləşməsi nəticəsində Dag-Mədən akademiyasinin fiziki ve hüquqi infrastrukturu təzədən qurulmuşdur. Son illər Frayberq Texniki Universiteti yarimkerici tədqiqatlari üzrə bacariqlarini inkişaf etdirərək bu sahədə dünyada aparıcı olan Siltronic AG, Deutsche-Solar — SolarWorld AG şirkətlərinin filiallarının Frayberqdə yaranmasına şərait yaratmışdır.

2008-ci ilin Oktyabr ayından başlayaraq Frayberq Texniki Universiteti şəhərdə yerləşən "Freundenstayn" qəsrinda dünyada "Terra mineralia" adı altında dünyada ən böyük şəxsi mineral kolleksiyasını nümayiş etdirir.

Elementar "Germanium"
"Terra mineralia" muzeyinin yerləşdiyi Freudenşatyn qəsri

Frayberq Dağ-Mədən Universitetinin xüsusi təhsil bolmələri bunlardır: Sənaye arxeologiyası, International Management of Resources and Environment(IMRE, magistr proqrami)ve International Business in Developing and Emerging Markets(IBDEM, magistr programi)

1996-cı ildə əlavə olaraq "Ətraf mühitin mühafizəsi" mərkəzi yaradılmışdır.

Universitetdə altı fakültə fəaliyyət göstərir:

1996-cı ilin payizinda, əlavə "Interdisciplinary Ekoloji Mərkəzi (IÖZ) qurulmuşdur.

2009/10-cu ilin qış semestrində Frayberq Texniki Universititetinə 5000-dən çox tələbə gabul olunub, onlardan 30%-i qadın, 8%-i isə xarici tələbələrdir.

Universitetdə cəmi 25 adda müxtəlif ixtisas növləri tədris edilir. Elmi işlərdən gələn gəlir 2004-cü ildə 20 Milyon avro həddində olmuşdur. Frayberq Texniki Universitetində xarici tələbələr arasında Azərbaycandan da gəlmiş gənclər təhsil almışlar və hal-hazırda bir qismi təhsilini müxtəlif sahələr üzrə burada davam etdirirlər.

Texniki Universitet Frayberq tələbə şəhərciyinə malikdir. Onun böyük hissəsi Frayberqin şimalinda yerləşir.

Texniki Universitet Frayberq hal-hazırda dünyanın 42 universitetləri və kolleciləri ilə əlaqələr saxlayır.

Partner universitetləri

Tanınmış professor va tələbələri

Həmçinin bax

  1. https://tu-freiberg.de/universitaet/profil/kennzahlen-rankings.