Qaz (nid. gas) — maddənin əsas dörd aqreqat halından biridir. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Onu təşkil edən hissəciklər (molekullar, atomlar və ionlar) bir-biri ilə çox zəif əlaqədədir. Qaz molekulları yerləşdikləri mühitdə-qabda, otaqda, havada fasiləsiz olaraq sərbəst hərəkət edir və hər yerə yayılır. Qaz molekulları hərəkət edərkən bir-biri ilə toqquşur. Bu zaman onların hərəkət istiqamətləri dəyişir və Xaotik (qarmaqarışıq) olur. Qaz buxardan fərqli olaraq temperatur təzyiqinin yüksəlməsi zamanı mayeyə çevrilmir. Bu əlamətə görə qaz buxardan fərqlənir.

İlk dəfə bu termin Yan van Helmontom tərəfindən elmə gətirilmişdir.[1][2][3]

Qazın növləri

Qazların növləri

Qazlar mənşəyindən asılı olaraq, 2 növdü: təbii və süni (neft emalından alınan qazlar).

Təbii qaz yataqları üç qrupa bölünür:

Dünyanın təbii qaz ehtiyatı (kəşf edilmiş) – 50•1012m3. Proqnozlaşdırılan ehtiyatlar -200•1012m3. Hər il dünyada 1,5•1012m3 qaz hasil edilir.

Təbii qazın kimyəvi tərkibi (%-lə)

Təbii qazın tərkibi əsasən metandan ibarətdi, qaz kondensatı yataqlarının qazları, rezervuardan çıxarılan benzin və kerosin qazlı neft fraksiyalarını ehtiva edir. (1m3 qazda 10-dan 500cm3 –dək). Təbii qaz nəqli üçün hazırlanır (mexaniki qarşıqlardan, su buxarından və ağır karbohidrogenlərdən). Təbii qaz nəql olunmaq üçün lazım olarsa, ilk əvvəl kükürdlü birləşmələrdən təmizlənir. Qaz kondensatı neft və qaza ayırmaq üçün neft emalı zavodlarına verilir. Qazın emalı, neftdən ayrılması və emala verilməsi:

  1. H2S –dan təmizlənməsi və qurudulması;
  2. stabil olmayan benzindən ayrılması (C3 və yuxarı karbohidrogenlər);
  3. təmizlənmiş qazın istehlakçıya vurulması üçün lazım olan təzyiqə qədər sıxılması.

Bir cox ГПЗ zavodlarında qeyri sabit benzin karbohidrogenlərə ayrılır – propan, izobutan, n-butan və stabil benzin. Başqa zavodlarda isə qeyri sabit benzin qazayrıcılara verilirki karbohidrogen fraksiyalarına ayrılsın.

İstinadlar

  1. "Adelung, Grammatisch-kritisches Wörterbuch der Hochdeutschen Mundart, II (1811), Art. Gas". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
  2. Matthias De Vries, Woordafleidingen, in: De Taalgids 1 (1859), S. 247-282 Arxivləşdirilib 2008-10-28 at the Wayback Machine, hier S. 262-265
  3. "Deutsches Wörterbuch der Brüder Grimm, Art. Gas". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
  4. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003
 Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.