Vahidli | |
---|---|
40°55′51″ şm. e. 45°35′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vahidli — Azərbaycan Respublikasının Tovuz rayonunun Vahidli kənd inzibati ərazi dairəsində kənd.[2]
Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Oykonim Vahid (şəxs adı) və -lı (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, "Vahidin nəslindən olanlar" mənasındadır.[3]
Vahidli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5200 | Sultan körpüsü[4] | XIX əsr | Vahidli kəndi, Axıncaçayın üzərində |
Memarlıq | Yerli |
5201 | Məscid və türbə (kompleks)[5] | Qeyd olunmayıb | Vahidli kənd qəbiristanlığı | Memarlıq | Yerli |
6050 | Şəhərgah[6] | Orta əsrlər | Vahidli kəndi | Arxeoloji | Yerli |
Kənd Axıncaçayın sahilində, Kiçik Qafqazın ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 989 | 510 | 479 |
2009[8] | ↗1119 | ↗581 | ↗538 |
Kənd əhalisi kənd təsərrüfatı — bitkiçilik (taxıl, kartof, lobya, pomidor, xiyar və s.) və heyvandarlıqla məşğuldur.
Kənddə Vahidli kənd kitabxana filialı fəaliyyət göstərir.[9]
Kənddə Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]
Bundan başqa kənddə Vahidli kənd uşaq bağçası fəaliyyətdədir.[12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Vahidli kənd həkim məntəqəsi yerləşir.[13]