Viskonsin-Medison Universiteti (ing. University of Wisconsin–Madison) — ABŞ-nin Viskonsin ştatının Medison şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Ellen Conson-Serliff – Liberiyanın prezidenti;
- Enci Bruks – BMT Baş Assambleyasının sabiq prezidenti;
- Dik Çeyni – ABŞ-nin sabiq vitse-prezidenti;
- Əhməd Yauddin – Banqladeşin sabiq prezidenti;
- Kamel Morjani – Tunisin xarici işlər naziri;
- Alexandro Foksli – Çilinin sabiq xarici işlər naziri;
- Filipp Qunavardena – Şri-Lanka inqilabçısı, Şri-Lanka "sosializminin atası";
- Con Bardin – tarixdə yeganə fizika üzrə 2 dəfə Nobel mükafatı laureatı;
- Con Van Flek – fizika üzrə Nobel mükafatı laureatı;
- Saul Bellou – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Günter Blobel – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Herbert Spenser Gasser – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Ervin Neher – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Eduard Lori Tatum – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Pol Boyer – kimya üzrə Nobel mükafatı laureatı;
- Alan MakDiarmid – kimya üzrə Nobel mükafatı laureatı;
- Stenford Mur – kimya üzrə Nobel mükafatı laureatı;
- Teodor Şuls – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.