Yeni Veysli
Ölkə

Yeni VeysliAzərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə.

Tarixi

2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.[1]

Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir.[1]

İnfrastruktur

Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.[1]

2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur.[2]

Mədəniyyət

Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib.[1]

Əhlisi

Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir. Az sayda digər işğal olunmuş rayonlardan da sakinlər var.[1]

İstinadlar


Goranboy rayonu  Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
 Qəsəbə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.