Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Biliyin rəmzi,Türkiyə, Efes, Selsus kitabxanası

Bilikinsanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Bilik – yaxşı strukturlaşdırılmış verilənlərmetaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır.

  1. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir. Adlar sisteminin olması sistemə onun yaddaşında olan biliklərin mənbəyini göstərir, daha doğrusu, nə yerləşdirildiyini "bilməyə" imkan verir və yaddaşda olan sorğulara cavab vermək bacarığını təmin edir.
  2. Strukturlaşma. İnformasiya vahidləri lazım olduqda bölünərək daha kiçik vahidlər və ya birləşərək daha böyük vahidlər ola bilərlər. Bu əməliyyatlar üçün elementlərin sinfə mənsubiyyət münasibətini və "jins-növ" (rodo-vidovie) münasibətini bilmək lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və hər bir bilik vahidi elementlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik elementləri arasında "bütöv-hissə", "jins-növ", "element-sinif" kimi münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır.

Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.

Biliklər üç əsas sistemə ayrılırlar:

  1. İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.
  2. Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.
  3. Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.

Biliyin klassifikasiyası

[redaktə | mənbəni redaktə et]

Biliklər aşağıdakı kimi də klassifikasiya oluna bilərlər:

Biliklər üç böyük qrupa bölünür.

  1. Faktlar (faktiki biliklər), fakt dedikdə "A A-dır" tipli bilik başa düşülür, o, verilənlər bazası və şəbəkə modellərinə xasdır;
  2. Qaydalar (qərar qəbul olunması üçün biliklər), "Əgər-Onda" tipli bilik başa düşülür;
  3. Metabiliklər (bilik haqqında bilik), metabilik biliyin istifadə olunmasında və biliyin xüsusiyyətlərinə aid biliklərin və biliklər bazasının idarə olunmasında, məntiqi çıxarışda və i.a. istifadə olunur.

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]