Frenk Sinatra
ing. Frank Sinatra
Ümumi məlumatlar
Doğum adı Francis Albert Sinatra
Doğum tarixi 12 dekabr 1915(1915-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 may 1998(1998-05-14)[1][2][…] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Həyat yoldaşları
Uşaqları 3 (Nensi Sinatra daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, müğənni, səsləndirmə aktyoru[d], cazmen, film prodüseri, səsyazma sənətçisi[d], kinorejissor
Fəaliyyət illəri 1935–1995
Janrlar blüz, caz, Swing, Bossa-nova
Musiqi alətləri ukulele
Səs tembri bariton
Albom şirkətləri Reprise Records[d], Columbia Records, Capitol Records[d], RCA Records[d]
Mükafatları Prezidentin "Azadlıq" medalı Austrian Decoration for Science and Art
"Emmi" mükafatı "Qızıl qlobus" mükafatı əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı
Kennedi Mərkəzinin fəxri mükafatı
İmzanın şəkli
sinatra.com
sinatra.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[1][2][…], Hoboken, Nyu Cersi14 may 1998[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur.

Fəaliyyəti

Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı.

1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir.

1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi. Sonuncu konsertini 1994-cü ildə vermişdir.

Frenk Sinatra 1998-ci il mayın 14-ü gecə saat 10:50-də Los-Ancelesdəki "Cedars-Sinai" tibb mərkəzində, 82 yaşında vəfat etmişdir.

Sinatra 11 Qremmi mükafatına layiq görülmüşdür. 1997-ci ildə ABŞ-nin ali mükafatı sayılan Konqresin Qızıl Medalı ilə təltif edilmişdir.

Diskoqrafiya

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Francis Albert Sinatra // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118765574 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər