II Nikofor Foka | |
---|---|
![]() | |
16 avqust 963 – 11 dekabr 969 | |
Əvvəlki | II Roman |
Sonrakı | I İohann Simisxi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 912[1] |
Doğum yeri | |
Vəfat tarixi | dekabr 969[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu, əsgər |
![]() |
II Nikofor Foka (yun. Νικηφόρος Φωκᾶς; 912[1], Kappadokiya, Bizans imperiyası[2][3][…] – dekabr 969[1], Konstantinopol[4][5][…]) — 963–969-cu illərdə Bizans imperatoru.
II Nikofor Foka təqribən 912-ci ildə Bizans imperiyasına bağlı Kappadokiyada anadan olmuşdur. O, 954-cü ildən baş komandan olmuş, paytaxtın əsilzadə məmurlarına qarşı düşmənçilik siyasəti yeritmişdir. Foka 967-ci ildə kəndlilərin imtiyazlı torpaq almaq hüququnu ləğv etmiş, iri torpaq sahiblərinin güclənməsinə kömək etmişdir. O, 964-cü il fərmanı ilə yeni monastırların yaradılmasını dayandırmış, monastırlara məxsus torpaq sahələri məhdudlaşdırmışdır. Foka 954-cü ildə Krit adasını, 965-ci ildə Kipr adası və Kilikiyanı, 969-cu ildə isə Antioxiya və Şimali Suriyanı ərəblərdən almışdır. O, 966-cı ildə Bulqar xanlığına qarşı hərbi əməliyyatlara başlamışdır. Foka İohann Simisxinin sui-qəsdi nəticəsində öldürülmüşdür.[6]