Madame Monsieur
Əsas məlumatlar
Üslub Fransız pop musiqisi,
elektropop
Fəaliyyət illəri 2013–h.h.
Ölkə  Fransa
Leybl Musicast,
Low Wood
Heyət Emili Satt
Jan-Karl Lukas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madame Monsieur — vokalist Emili Satt və prodüser Jan-Karl Lukasdan təşkil olunan Fransalı musiqi dueti. Onlar "Mercy" mahnısı ilə Fransanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

Yaranma tarixçəsi

Emili Satt və Jan-Karl Lukas ilk dəfə 2008-ci ildə tanış olmuş və Madame Monsieur duetini birlikdə yaratmışdırlar.[1][2] 2015-ci ildə duet Fransız reper Yusufa üçün "Smile" mahnısını bəstələmiş və daha sonra France 2 telekanalında yayımlanan Taratata musiqi şousunda iştirak etmişdirlər.[3] Duetin debüt albomu olan Tandem 2016-cı ilin noyabr ayında işıq üzü görmüşdür.

2018-ci ilin yanvar ayında Madame Monsieur duetinin "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi öz təsdiqini tapmışdır.[4] Seçim turunda onlar yarımfinal mərhələsini uğurla adlayaraq, finala vəsiqə qazanmışdırlar. Finalda duet bir daha öz mahnısını ifa etmiş və nəticədə ən çox xal toplayaraq, yarışmanın qalibləri elan olunaraq, Fransanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdırlar.[5]

Fransa Böyük Beşlik ölkələrindən biri olduğu üçün Madame Monsieur 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə duet 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 173 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır.

Heyət

Diskoqrafiya

Albomlar

Albom adı İl
Tandem 2016

Sinqllar

Mahnı adı İl
"You Make Me Smile" 2015
"Égérie" 2016
"See Ya"
(S. Pri Noir ilə birlikdə)
"Morts ou vifs"
(Jok'Air və İbrahim Maaluf ilə birlikdə)
"Partir"
"Tournera"
(Yussufa ilə duet)
"Mercy" 2018
"Comme un reine"

İstinadlar

  1. "INTERVIEW – MADAME MONSIEUR". 2017-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2018.
  2. "L'interview du prof #5 - Madame Monsieur The Chemistry Magazine : Online magazine covering music, art, fashion and more". the-chemistry.net. 2016-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2018.
  3. "TARATATA N°500". mytaratata.com (French). 2017-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2018.
  4. "France: Last 9 Destination Eurovision 2018 acts unveiled". Esctoday. 7 yanvar 2018. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2018.
  5. "Madame Monsieur win Destination Eurovision". EuroVisionary.com. EuroVisionary. 27 yanvar 2018. 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2018.
Əvvəlki:
Alma
"Requiem"
Fransa Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Bilal Həsəni
"Roi"

Həmçinin bax