Materializm (lat. materialis — maddi) — materiyanı (obyektiv reallığı) mövcudluğun əsası, başlanğıcı, ideal təsəvvürü (anlayış, iradə, ruh, hisslər) isə törəmə olduğunu iddia edən fəlsəfi baxış. Materializm ancaq materiyanı qəbul edir, şüur və şüurla bağlı olan hər şeyi isə materiya subyektlərinin münasibətləri prosesi kimi baxır.

Fəlsəfədə materiyanın daimi opponenti kimi idealizm tərəfdarları çıxış edirlər.

"Materializm" terminini elmə alman filosofu Qotfrid Leybnits daxil etmişdir.

İcmal

Materializm monist ontologiyası sinfinə aiddir və bu baxımdan dualizm və ya plüralizmə əsaslanan ontoloji nəzəriyyələrdən fərqlənir. Fenomenal reallığın individual izahına görə, materializm idealizm, neytral monizm və spiritualizmə ziddiyyət təşkil edir. Materializm həmçinin fenomenalizm, vitalizm və ikili-təzahür monizm fəlsəfi düşüncələri ilə ziddiyyətdə ola bilər.

Çoxsaylı fəlsəfi cərəyanlar və onların nüanslarının mövcud olmasına baxmayaraq,[1][2][3] bütün fəlsəfələr bir-birinə əks olan iki əsas kateqoriyadan birinə aid edilə bilər: idealizm və materializm.[3] Bu iki kateqoriyanın əsası reallığın təbiəti ilə əlaqədardır: onlar arasındakı başlıca fərq iki fundamental suala verdikləri cavablardadır - reallıq nədən ibarətdir və o necə ortaya çıxıb. İdealistlərə görə, ruh, şüur və ya şüurun obyektləri (ideyalar) əsas, maddə isə ikinci dərəcəlidir. Materialistlərə görə, maddə əsas, şüur, ruh və ya ideyalar isə ikinci dərəcəli olub maddənin maddə üzərindəki təsirinin məhsuludur.[3]

Materializm baxışı tarixən Rene Dekart tərəfindən qeyri-maddi substansiyaların doktrinalarının şüura tətbiqi zamanı daha yaxşı anlaşılır; özü özlüyündə materializm maddi substansiyaların necə xarakterizə olunması barədə heç bir fikir irəli sürmür. Təcrübədə, o, bir çox hallarda fizikalizm və ya digər cərəyanların hansısa bir növünə aid edilir.

Müasir fəlsəfi materialistlər materializmin izahını digər elmi müşahidə edilə bilən məfhumları (enerji, qüvvə, fəza-zaman) da əhatə edəcək qədər genişləndirilər. Meri Midgley kimi bəzi filosoflar iddia edirlər ki, "maddə" konsepti sürüşkəndir və tam müəyyən olunmayıb.[4]

On doqquzuncu əsrdə, Karl MarksFridrix Engels materializm konsepsiyasını insan fəaliyyətinin (təcrübə, o cümlədən əmək) və bu fəaliyyət nəticəsində yaradılan, təkrar yaradılan və ya məhv edilən institutların təqribi empirik dünyasına əsaslanan materialist tarix konsepsiyasını işləyib hazırlamaq üçün genişləndirdi. Onlar həmçinin Hegel dialektikasını götürüb onun idealist cəhətlərini aradan qaldıraraq və materializmlə birləşdirərək dialektik materializmi ərsəyə gətirdilər (bax Müasir fəlsəfə).[5]

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

 Fəlsəfə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. Edwards, Paul. The Encyclopedia of Philosophy (İngilis) (ed. (1972)). 1967. cild 1–4. ISBN ISBN 0-02-894950-1, 978-0-02-894950-5.
  2. Priest, Stephen. Theories of the Mind. London: Penguin Books. 1991. ISBN ISBN 0-14-013069-1, 978-0-14-013069-0.
  3. 1 2 3 Novack, George. The Origins of Materialism. New York: Pathfinder Press. 1979. ISBN ISBN 0-87348-022-8.
  4. Midgley, Mary. The Myths We Live By. 2003.
  5. Marx, Karl. Afterword to the Second German Edition. Capital. 1873. Cild 1.