Mir Teymur Yaqubov | |
---|---|
10 aprel 1953 – 12 fevral 1954 | |
Əvvəlki | Mircəfər Bağırov |
Sonrakı | İmam Mustafayev |
aprel 1952 – aprel 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
1950 – 1952 | |
Birinci katib | Mircəfər Bağırov |
Əvvəlki | Həsən Seyidov |
Sonrakı | Vitali Səmədov |
28 mart 1946 – 27 may 1950 | |
Əvvəlki | Stepan Yemelyanov |
Sonrakı | Ağasəlim Atakişiyev |
28 mart 1946 – 27 may 1950 | |
Əvvəlki | Stepan Yemelyanov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
18 iyul 1938 – 7 aprel 1941 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əziz Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr (6 noyabr) 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1970 (65 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Rütbəsi | general-leytenant (1945) |
|
|
Təltifləri |
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov (24 oktyabr (6 noyabr) 1904, Bakı, Rusiya imperiyası – 13 fevral 1970, Bakı, SSRİ) — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili i̇şlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941).
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 1904-cü ildə Bakı şəhərində Xəzər dənizçisi ailəsində anadan olmuşdur. Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmiş, dördillik məktəbi bitirərək 1919-cu ildə müstəqil əmək fəaliyyətinə başlamışdır.[1]