Nani Breqvadze
gürc. ნანი ბრეგვაძე
Nani Breqvadze "Layma. Randevu. Yurmala 2017" festivalında
Nani Breqvadze "Layma. Randevu. Yurmala 2017" festivalında
Ümumi məlumatlar
Doğum adı Nani Georgiyevna Breqvadze
Doğum tarixi (87 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR, SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİGürcüstan Gürcüstan
Milliyyəti gürcü
Uşağı
  • Eka Mamaladze[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1963-cü ildən
Janr romans
Musiqi aləti fortepiano
Səs tembri mezzo-soprano
kontralto
Təhsili
  • Tbilisi Dövlət Konservatoriyası[d]
Mükafatları "Dostluq" ordeni
"Şəfəq" ordeni SSRİ xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovetgürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983).

Həyatı

Nani Breqvadze 21 iyul 1936-cı ildə[1] (digər mənbəyə əsasən, 1938-ci ildə[2]) Tbilisidə anadan olmuşdur.

Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi.

Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.

1963-cü ildə V. Saracişvili adına Tbilisi dövlət konservatoriyasında professor Qayane Maçutadzanin fortepiano sinfini bitirib. Xüsusi vokal təhsili almayıb. 1959–1964-cü illərdə K. Pevznerin rəhbərliyi altında Gürcüstan dövlət filarmoniyasının "Rero" Tbilisi dövlət estrada orkestrində oxumağa başlayıb.

1964-cü ildə Parisdəki Moskva müzik-holluna qastrol səfəri edib. O zaman ilk dəfə olaraq, dünya şöhrətli "Olimpiya" zalında çıxış etmişdir. Qastrollardan sonra onu "Orera" vokal-instrumental ansamblına dəvət edirlər. Breqvadze həmin ansamblda 15 il solist vəzifəsində fəaliyyət göstərir və 80-dən çox ölkədə çıxış edir.

1966-cı ildə ansambla təşrif gətirən Vaxtanq Kikabidze (zərb alətləri, vokal) ilə müğənninin sıx dostluq əlaqələri yaranır.

1980-ci ildə solo karyerasına başlamışdır.

Nani Breqvadze 1960-cı illərdə İzabella Yuryeva, Tamara Sereteli, Keto Caparidzenin ənənələrini dirçəldərək tamaşaçılara rusqaraçı romanslarını yenidən qaytaran müğənnilərdən biridir.[3]

Oxuduğu əksər mahnı və romanslar yazdırdığı qramplastinkalara daxil edilmişdir: "Oxuyur Nani Breqvadze" (rus. Поет Нани Брегвадзе) (1971), ""Orera" ansamblı" (rus. Ансамбль „Орэра“) (1973), "Romans, romans" (rus. Романс, романс) (1995), "Nyu-York konserti" (rus. Концерт в Нью Йорке) (1997) və başqaları. 2005–2006-cı illərdə Marina SvetayevaBella Axmadulinanın sözlərinə yazılmış mahnılar da daxil olmaqla, əvvəllər ifa etmədiyi kompozisiyalardan ibarət disk yazdırmışdır. Vyaçeslav Malejikin şeirləri əsasında silsilə mahnılar oxumuşdur.

1990-cı illərin sonunda "Romansiada" gənc ifaçıların Moskva beynəlxalq müsabiqəsinin münsiflər heyətinin tərkibinə daxil edilmişdir.

1997-ci ildə öz rəhbərliyi altında "Nani" şirkətini yaratmışdır. Şirkətin məqsədi Gürcüstanın sənətə yeni başlamış müğənnilərinə dəstək olmaq, həmçinin ölkədə xarici müğənnilərin çıxışlarını təşkil etməkdir.

"Qadınlar sülh tərəfdarıdır" (rus. Женщины за мир) assosiasiyasının və "Metexi" qadınlar klubunun üzvüdür. "Sovet qadını" cəmiyyətinin üzvü olmuşdur.

2000-ci ildə Gürcüstanda Nani Breqvadzenin xatirə ulduzu qoyulmuşdur.

Pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən başlayaraq bir neçə il Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi institutunda estrada-caz oxuması kafedrasının müdiri olmuşdur.

2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiyada nəzərədə tutulmuş yubiley konsertini ləğv etmişdir.[4]

28 mart 2015-ci ildə Россия К telekanalının "Романтика романса" verilişi müğənniyə həsr edilmişdir. 3 iyun 2015-ci ildə ORT kanalında Yuliya Menşovanın "Наедине со всеми" proqramının qonağı olmuşdur. 21 noyabr 2016-cı ildə isə "Pozner" müəllif proqramı üçün Vladimir Poznerə müsahibə vermişdir.[5]

Ailəsi

Eka Mamaladze və Nani Breqvadze "Layma. Randevu. Yurmala 2017" festivalının məşqində

Mükafatlar və fəxri adlar

İfa etdiyi mahnılar

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol
1966 Dağlarda görüş gürc. შეხვედრა მთაში mahnı ifaçısı
1969 Moskva notlarda rus. Москва в нотах mahnı ifaçısı
1970 Orera, tam irəli! gürc. ორერა სრული სვლით!
1971 Sevgilim üçün boyunbağı gürc. სამკაული ჩემი სატრფოსათვის Ayşə
1971 Əllərinin istisi gürc. წუთისოფელი mahnı ifaçısı
1973 Vera məhəlləsinin melodiyaları gürc. ვერის უბნის მელოდიები Vardonun ifası
1974 Gecə səfəri gürc. ღამის ვიზიტი mahnı ifaçısı
1977 Sahillər[9] gürc. დათა თუთაშხია mahnı ifaçısı
1981 Əlverişsiz hava üçün təşəkkür rus. Спасибо за нелётную погоду mahnı ifaçısı
1981 Pəncərələri açın rus. Распахните окна mahnı ifaçısı
1982 Çağırış qəbul edin, cənablar! rus. Примите вызов, синьоры! mahnı ifaçısı
1983 Qədim rus nəğmələri rus. Старинные русские романсы
1984 Dunayevski ilə birlikdə rus. Вместе с Дунаевским mahnı ifaçısı
1985 Mavi şəhərlər rus. Голубые города mahnı ifaçısı
1987 Uşaqlıq zamanı gürc. ხანა ჩვენი ბავშვობისა
1991 Mən xaç Peleyəm! rus. Я крёстный Пеле! Maka
2006 Sınmış fənərlər küçəsi 8 rus. Улицы разбитых фонарей 8 Veronika Jemçujnikova
2006 Üç vals rus. Три вальса
2008 Sofiko rus. Софико
2012 Ləhcəli məhəbbət rus. Любовь с акцентом yubilyar

İstinadlar

  1. Müğənninin rəsmi saytının məlumatı.
  2. "Моя ностальгия — Нани Брегвадзе". 2012-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  3. "Нани Брегвадзе". 2012-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  4. "Певица из Грузии Нани Брегвадзе отменила свой концерт в Санкт-Петербурге". kavkaz-uzel.ru. 2008-08-30. 2016-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  5. "Гость Нани Брегвадзе. Познер. Выпуск от 21.11.2016 // Первый канал". 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  6. "Награждена указом президента № 1111 от 21.07.2008". 2008-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  7. "Брегвадзе Нани". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
  8. Брегвадзе, Нани Георгиевна // Кто есть кто в современной культуре : В 2 вып. / Гл. ред. С. М. Семенов, авт. и сост. Н. И. Шадрина, Р. В. Пигарев и др.. — М.: МК-Периодика, 2006–2007. — ISBN 5-93696-007-3, 5-93696-010-2.
  9. Брегвадзе Нани Георгиевна // Кто есть кто в современной культуре : В 2 вып. / Гл. ред. С. М. Семенов, авт. и сост. Н. И. Шадрина, Р. В. Пигарев и др.. — М.: МК-Периодика, 2006–2007. — ISBN 5-93696-007-3, 5-93696-010-2.

Xarici keçidlər