Oktan
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C8H18
Molyar kütlə 114,2285 q/mol
Fiziki xassələri
Sıxlıq 0,7 ± 0,01 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −57 °S
Qaynama nöqtəsi 125,52 °S
Buxarın təzyiqi 10 ± 1 mm Hg
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,398
Təsnifatı
CAS-da qeyd. nöm. 111-65-9
PubChem
SMILES CCCCCCCC
RTECS RG8400000
ChEBI 17590
BMT nömrəsi 1262
ChemSpider

Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen.

Xassələri

[redaktə | mənbəni redaktə et]

Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur.

Alınması

[redaktə | mənbəni redaktə et]

Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər.

Tətbiqi

[redaktə | mənbəni redaktə et]

Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir.

Izomerləri

[redaktə | mənbəni redaktə et]

Oktanın 18 struktur izomeri var:

İstinad

[redaktə | mənbəni redaktə et]

Mənbə

[redaktə | mənbəni redaktə et]