Port-of-Speyn
Port of Spain
Bayraq
Bayraq
10°40′ şm. e. 61°31′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 3 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.074 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 500234
Digər
cityofportofspain.gov.tt
Xəritəni göstər/gizlə
Port-of-Speyn xəritədə
Port-of-Speyn
Port-of-Speyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi.

Tarixi

Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır.

Coğrafiyası

Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.

Əhalisi

Əhalisi 50 min nəfərdir (2010). Paytaxtın etnik çoxluğu — zəncilər, kreollar və hind-pakistanlılardır. Şəhərdə həmçinin az sayda çinliləravropalılar yaşayırlar.

Dil

Dövlət dili ingilis dilidir. Həmçinin ispan, hind və patua dilləri də yayılıb.

Din

Əhalinin əksər hissəsi – 70 %-i xristaianlardır (katolikprotestantlar); induizmbuddizm tərəfdarları da vardır.

Xarici keçidlər

 Trinidad və Tobaqo ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
 Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. 1 2 archINFORM (alm.). 1994.