Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili).

Qala

Tarixi

[redaktə | mənbəni redaktə et]

İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı. Şərq ölkələrində bir neçə səddli qala-şəhərlər mövcud idi (məsələn, Suz şəhəri). Quldar dövlətlərin bir çox şəhəri (Karfagen, Roma, Bizans, Qəbələ və s.) eyni zamanda qala idilər. Qalanın içərisində sonuncu dayaq məntəqəsi kimi içqala (yunanlarda akropol, romalılarda kapitoli adlanırdı) tikilirdi. Orta əsrlərdə Qərbi Avropa ölkələrində möhkəmləndirilmiş qala-qəsrlər vardı.

XIV əsrdə artilleriyanın yaranması və xüsusilə XV əsrdə çuqun mərmilərin kəşf olunması qalaların quruluşunu dəyişməyi tələb edirdi. Odur ki, qala divarlarını daha alçaq və qalın, bürcləri isə divarlar hündürlüyündə, həm də geniş sahəli tikməyə başladılar. Çoxsaylı orduların yaranması ilə (XVIII əsrin sonu — XIX əsrin əvvəli) qalaların hərb sənətinin yeni prinsiplərinə uyğunsuzluğu üzə çıxdı. Qala hasarlarının qarşısında xüsusi istehkamlar — fortlar yaradılmağa başladı. Birinciİkinci dünya müharibələri arasındakı dövrdə bütün dövlətlər tədricən quru sərhədlərinin yeni möhkəmləndirmə formalarına — istehkam rayonlarına (möhkəmləndirilmiş rayonlar) və istehkam zolaqlarına keçdilər.

Azərbaycanda ən qədim qalalar siklop tikintiləridir. Sasanilər dövründə bir sıra qala (Beyləqan, Bərdə, Şəmkir, Şamaxı və s.) tikilmişdir. Azərbaycanda qalaların əsasən, üç tipi olmuşdur:

Mənbə

[redaktə | mənbəni redaktə et]

İstinadlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Qala ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.