Tuti | |
---|---|
az-əbcəd. طوطی | |
| |
Baş redaktor | Cəfər Bünyadzadə |
Növ | həftəlik satirik jurnal |
Təsisçi | |
Təsis tarixi | 27 dekabr 1914 (9 yanvar 1915) |
Nəşrini dayandırıb | 29 iyun (12 iyul) 1917 |
Ölkə | |
Qərargah | |
Dil | Azərbaycan dili |
"Tuti" jurnalı (az-əbcəd. طوطی) — həftəlik satirik, şəkilli jurnal.
"Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.[1] Birinci nömrədə ümumi başlığın yanında aşağıdakı elan verilmişdir:
Doğru, qərəzsiz və açıq türk dilində yazılıb cəmaətimizə nəfi və millət nöqteyi nəzərincə əhəmiyyətli maddələri təlim edən hər növ məqalələrə məcmuəmizdə yer verilir. |
Jurnal özündən əvvəl çıxan satirik jurnalları təkrar etməyəcəyini və onlardan tamamilə fərqlənəcəyini birinci nömrənin baş məqaləsində oxuculara vəd etmişdi və göstərmişdi ki, həmin məzhəkə jurnallarının məsləkini təqib etməyəcəkdir. Jurnal öz məsləkini məqalədə belə şərh edir:
Məcmuəmizin başında gedən şəklə diqqətlə baxınız, o, mənim məsləkimdir. Sağda bir çəmənlik, solda da bir xarabəzar bir bağ görünür. O bağda qurumuş bir ağacdan ağzı sınmış bir qəfəs asılmışdır. Oradan xilas olub üzüm çəmənliyə tərəf durmuşam. Arzum budur ki, sizlə bahəm inşallah, çəmənliyə yetişib, çayın kənarında, bülbüllərin cəh-cəhi eşidilən bir məqamda börkümüzü yanımıza qoyaraq çırt çubuğuna xod verək. |
Məram və məqsədini açıqlayan jurnalın baş məqaləsindən hiss olunur ki, "Tuti"çilər insanların azad yaşayacaq bir dövrdə olmasını arzulayırlar. Lakin jurnalın komplektlərini vərəqlədikcə məlum olur ki, bu "azad dünya" çox dumanlı şəkildə təsəvvür edilir. Bir sıra müəlliflər əsil azad dünyanın köhnə quruluşu devirdikdən sonra yaranacağını dərk etmirdilər. Onlar xırda islahatlarla ümumi rifah qazanalacığını güman edirlər. Bu ideya materiallarda da öz əksini tapırdı.
"Tuti"də M.S.Ordubadi, S.Hüseyn, Ə.Şəmçizadə, Ə.Nəzmi, Səməd Mənsur, Y.V.Çəmənzəminli, C.Cabbarlı, Hacı Səlim Səyyah, Əli Məhzun İrəvanı, M.Hadi, M.Hacınski, S.Mümtaz və b. fəal iştirak edirdilər. Göründüyü kimi, müəlliflər məslək və əqidəcə müxtəlifdir. Bu müxtəliflik satirik yazılarda da öz əksini tapırdı. Bəzən açıq və cəsarətli yazılarının üstündə "Tuti" mühərrirlərini təqib edirdilər. Bəzi mühərrirlər isə, məsələn, Səməd Mənsur xalqı fəlakətdən qurtarmaq üçün Allahı köməyə çağırırdı. "Tuti" ilə eyni vaxtda Bakıda "Babayi-Əmir" və "Məzəli" jurnalları da çıxırdı. Bəzən bu jurnallar arasında adi, xırda məsələlər üstündə mübahisələr gedirdi.
Jurnalda ictimai-siyasi mövzularda, maarif, ədəbiyyat, incəsənət məsələlərinə dair, əsasən, xırda islahatçılıq, bəzən demokratik ruhda yazılar dərc olunurdu. "Tuti"də mütləqiyyət quruluşuna, müstəmləkə siyasətinə qarşı kəskin çıxışlar da olurdu. Senzuranın təzyiqi bəzən səhifələrin ağ qalması ilə nəticələnirdi. C.Məmmədquluzadə bu jurnalda "Dəmdəməki", "Molla Həsrətalı", "Dərdmənd", "Fəhlə", "Hərdəmxəyal" imzaları ilə yazılar dərc etdirirdi.
Çar dövründə | Açıq söz • Asari-həqiqət • Arı • Babayi-Əmir • Bakinets • Bakinskaya nedelya • Bakinskaya poçta • Bakinskaya zvezda • Bakinski den • Bakinski dnevnik • Bakinski dosuq • Bakinski listok • Bakinski proletari • Bakinski profesionalnı vestnik • Bakinski raboçi • Bakinski teatralnı kuryer • Bakinski torqovo-promışlenı listok • Bakinski veçer • Bakinskiye izvestiya • Bakinskiye qubernskiye vedomosti • Bakinskiye novosti • Bakinskiye otqoloski • Bakinskiye strelı • Bakinskiye vesti • Bakinskoye exo • Bakı həyatı • Baku • Bəhlul • Bəsirət • Bürhani-Həqiqət • Bürhani-Tərəqqi • Dəbistan • Dəvət • Dirilik • Doğru söz • Duma • Əkinçi • Füyuzat • Günəş • Haqq yolu • Həqiqət • Həqiqəti-əfkar • Həyat • Hilal • Hümmət • İqbal • İqdam • İrşad • İşıq • İttifaq • Kaspi • Kəlniyyət • Kəşkül • Qafqazets • Qafqazın bu tərəfinin xəbəri • Qolos Baku • Qudok • Qurtuluş • Lək-lək • Məlumat • Məktəb • Məzəli • Məzhər • Mirat • Molla Nəsrəddin • Neftyanoye delo • Nicat • Prikaspiyskaya jizn • Proqres • Rəhbər • Rus-İran dostu • Səda • Son xəbər • Sosialist • Sovqat • Şəlalə • Şərqi-rus • Şəhabi-saqib • Şkola i jizn • Şuşinskaya jizn • Şuşinski listok • Tazə həyat • Tazə xəbər • Təkamül • Tərəqqi • Tiflis əxbarı • Trudovoy qolos • Tuti • Vesti Baku • Vestnik Baku • Volna • Vostok • Yelisavetpolski listok • Yelisavetpolski vestnik • Yelisavetpolskiye otqoloski • Yeni füyuzat • Yeni həqiqət • Yeni iqbal • Yeni iqdam • Yeni irşad • Yoldaş • Yujnı Kavkaz • Zənbur • Ziyayi-Qafqaziyyə |
---|---|
İnqilab dövründə | Azərbaycan • Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı • Byulleteni Diktaturı Sentrokaspiya i Prezidiuma Vremenoqo Komiteta • Cavanlar şurası • Cənub tauşi • El həyatı • Əkinçi • Gənclər sədası • Hümmət • Hürriyyət • İttifaqi-mütəəllimin • İttihad • Qardaş kədəri • Qardaş köməyi • Lətayif • Möhtaclara kömək • Musulmanskiye İzvestiya • Müsavat • Müsəlmanlıq • Naş qolos • Türk sözü • Yeni həyat |
AXC dövründə | Al bayraq • Azərbaycan • Azərbaycan füqərası • Azərbaycan hökumətinin əxbarı • Bakinskaya jizn • Bakinskoye slovo • Bakinskoye utro • Bakı Fəhlə Konfransının Əxbarı • Bednota • Doğru yol • El • Əfkari-mütəəllimin • Əfkari-nəfisə • Fəhlə və əkinçi • Fəhlə və mədəniyyət • Füqəra sədası • Gələcək • Gənc işçi • Gənclər yurdu • Haqq • Hürriyyət (1919, 1920) • Xalq sözü • Xəlqçi • Kommunist • İstiqlal (qəzet, toplu) • Qafqaz Kommunası qəzeti • Qarabağ • Qolos truda • Qurtuluş • Mədəniyyət • Məşəl • Molodoy proletari • Molodoy raboçi • Molot • Müdafieyi-millət • Nabat • Naşa jizn • Naşe vremya • Oktyabr inqilabı • Övraqi-nəfisə • Proletari • Raboçaya pravda • Rəhbər • Tartan-partan • Sabah • Şeypur • Vperyod • Yedinaya Rossiya • Yeni həyat • Yoldaş • Zəhmət həyatı • Zəhmət sədası • Zənbur • Znamya truda |
Sovet dövründə | 168 saat • Abşeron • Ağdaş • Arazın səsi • Astara • Aydınlıq • Azadlıq • Azərbaycan (qəzet, jurnal) • Azərbaycan dili və ədəbiyyat tədrisi • Azərbaycan ədəbiyyatşünaslığı • Azərbaycan gəncləri • Azərbaycan Kimya Jurnalı • Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı • Azərbaycan kommunisti • Azərbaycan qadını • Azərbaycan məktəbi • Azərbaycan müəllimi • Azərbaycan pioneri • Azərbaycan SSR Ali Sovetinin məlumatı • Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • Azərbaycanı öyrənmə yolu • Bakinski komsomolets • Bakinski raboçi • Bakı Universiteti • Bauer und Arbeiter • Bolluq uğrunda • Cənub xəbərləri • Çeşmə • Dan ulduzu • Daşkəsən • Dərbənd • Dönüş • El həyatı • Elm • Elm və həyat • Ədəbiyyat və incəsənət • Əqrəb • Gələcək • Gənc müəllim • Gəncənin səsi • Göyçay • Göyərçin • Göyəzən • Həyat • İdman • İqtisadçı • İqtisadiyyat və həyat • İpəkçi • İstiqlal (1921, 1990) • Kirpi • Kür • Qarabağ • Qəbələ • Qızıl qələm • Qızıl Şərq • Qobustan • Qusar • Laçın • Lenin bayrağı (Nuxa, Vartaşen) • Lenins Weg • Lənkəran • Literaturnı Azerbaycan • Meydan • Məhsul • Millət • Mingəçevir işıqları • Molodıye boytsı vostoka • Molodoy kommunist • Muğanın səsi • Müxalifət • Oğuz səsi • Oğuz yurdu • Səhər • Sənətkar • Səs • Sovet Ermənistanı • Sovet Gürcüstanı • Sovet Kürdüstanı • Sumqayıt • Şəki • Şərq qapısı • Şərurun səsi • Şuşa • Texnoloq • Türkologiya • Ulduz • Ülfət • Vışka • Yeni fikir • Yeni gün • Yeni Həyat • Yeni Tərtər • Yeni yol • Yeni Müsavat • Zaqatala • Zəka |
Mühacirət dövrü | |
Müstəqillikdən sonra | 7 gün • 20 yanvar • 525-ci qəzet • Abituryent • Axtarış • Ailəm • Alternativ • Araz • ATV maqazin • Avropa • Aydınlıq • Ayna • Aysel • Azad Azərbaycan • Azerbaijan International • Azerbaijan Today • Azerbaydjanskiye İzvestiya • AzerNews • Azərbaycan arxeologiyası • Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr • Azərbaycan Ordusu • Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri • Azərbaycanın vergi jurnalı • Bakinets • Bakı Xəbər • Baku • BakuPost • Bioqrafiya • Birja • Birlik • Bizim Əsr • Bizim Yol • Borçalının səsi • Boz qurd • Bu gün • Bütöv Azərbaycan • Carçı Express • Caucasus International • Cəmiyyət və Din • Coğrafiya və təbii resurslar • Cümhuriyət • Çapar • Dalğa • Demokrat • Dədə Qorqud • Dərələyəz • Dəryaz • Dil və Ədəbiyyat • Din araşdırmaları jurnalı • Diplomat • Dodo • Dövlət və Din • Dövran • Ejednevniye novosti • Ekspress • Elm Tarixi • Elman • Exo • Euro Xəbər • Ədalət • Əlyazmalar yanmır • Film Fiction • Filologiya və sənətşünaslıq • Fizika, riyaziyyat və informatika tədrisi • Fokus • Fraza • Futbol+ • Füyuzat • Geostrategiya • Göyqurşağı • Gün Səhər • Günay • Gündəlik Azərbaycan • Gündəm • Haqqın nuru • Hesabat • Həftə içi • Həqiqət Yolu • Hərbi and • Hərbi icmal • Həyat Elmləri və Biotibb • Hürriyyət • Xalq Cəbhəsi • Xəzan • Xəzər (qəzet, jurnal) • Xəzər Humanitar və Sosial Elmlər Jurnalı • Xəzər Xəbər • Xürrəm • İki sahil • İqtisadi araşdırmalar • İqtisadi və Siyasi elmlər jurnalı • İlahiyyatçı • İmpuls • İncəsənət və mədəniyyət problemləri • İnformasiya Cəmiyyəti Problemləri • İnformasiya Texnologiyaları Problemləri • İşıq • JPEG • Karvan • Kimlik • Kimya Problemləri • Kitabşünaslıq və redaktor sənəti • Komanda • Kredo • Kurikulum • Qanun • Qarabağa aparan yol • Qarapapaqlar • Qələm • Qoroskop • Le Carrefour • Laçın yurdu • Maarif • Metafizika • Meydan+ • Məktəbli • Mənlik • Mərkəz • Milli təhlükəsizlik və hərbi elmlər • Milli Zəka • Minority • Monitor • Mübariz keşikdə • Müəllim sözü • Mühacir • Müqayisəli ədəbiyyatşünaslıq • Müstəqil Qəzet • Mütərcim • Naxçıvan • Nargis • National Geographic Azərbaycan • Naşir • Nedelya • Novoye vremya • Nöqtə • Oxu məni • Olaylar • Olimpiya dünyası • Ozan dünyası • Palitra • Panorama • Poetika.izm • Polygon • Region Plus • Rezonans • Respublika • Satira • Savalan • Soy • Şəffaflıq • Şərq • Şərq fəlsəfəsi problemləri • Tarix, insan və cəmiyyət • Tarix və onun problemləri • Təbib • Təhsil • Tək səbir • Təzadlar • Tolışon Sədo • Tribun • Tumurcuq • Türküstan • Ulus • Unikal • Urbanizm • Ustad • Üç çizgi • Vedi inform • Vedibasar • Vətən • Vətəndaş həmrəyliyi • Visions of Azerbaijan • Yada düşdü • Yaşat • Yeni Azərbaycan • Yeni nəbz • Yeni Təfəkkür • Yom • Yurd • Zaman Azərbaycan • Zarafat • Zerkalo • Zənbur • World of Azerbaijan (jurnal) |