Ziko
port. Zico
Ümumi məlumatlar
Doğum tarixi 3 mart 1953(1953-03-03)[1] (71 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 172 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziko adıyla tanınan Artur Antunes Koimbra (3 mart 1953[1], Rio-de-Janeyro) — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur.

1978, 19821986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub.

Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 20022006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub.

Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.

İştirak statistikası

Oyunçu karyerası
Komanda Oyun Qol
Pre-Olimpik Milli Komandası 8 1
Braziliya Milli Komandası 88 66
Flamenqo: Gənclər komandası 53 44
Flamenqo: 18 yaşdan aşağı komandası 63 37
Flamengo: Əsas komanda 731 508
Udineze 79 56
Sumitomo 31 27

İstinadlar

Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
  1. 1 2 Zico // Transfermarkt (çd.). 2000.