ARB 24 | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi |
Azərbaycan Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | Bakı, Azərbaycan |
Yaranma tarixi |
1 iyun 2010 (regional yayım) 27 noyabr 2018 (ümumrespublika yayımı) |
Rəhbərlik | Radik İsmayılov |
Keçmiş adları |
Simurq M TV Türkel TV (1 iyun 2010 - 19 sentyabr 2016) |
Şüar |
Vətən buradan başlayır! (2010-2015) Sizin xəbər kanalınız! (2015-2017) Birinci xəbər kanalı (2017-2018) Vaxtımız dəyərlidir (2018-h.h.) |
Qardaş kanallar |
ARB Kəpəz TV ARB Şimal ARB Cənub Kanal-S EL TV ARB Günəş Kəpəz FM |
Sayt | arb24.az |
ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı[1].
Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb.
Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb[2].
2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib[3].
2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD[ru] formatlı ümumrespublika yayımına başlayıb.
Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700.
"ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir.
Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai-siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.
"ARB 24" telekanalı "Deutsche Welle" ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bu telekanalın "Tomorrow Today", "Global-3000", "In good shape", "REV" və "Reporter" verilişlərini yayımlayır. Eləcə də distribütor şirkətlərlə əməkdaşlıq nəticəsində "Bloomberg"in "The Rubenstein Show: Peer to peer" layihəsi və müxtəlif informativ sənədli filmlər təqdim olunur.
"ARB 24" həmçinin "Reuters", "Associated Press" və AA kimi dünyanın nüfuzlu xəbər agentlikləri ilə əməkdaşlıq edir.
"ARB 24" telekanalı "Vaxtımız dəyərlidir" şüarı ilə dəqiq, tərəfsiz və operativ informasiya çatdırılması missiyasını öz üzərinə götürüb.
Ölkə miqyaslı | ||
---|---|---|
Kabel, peyk, internet | MTV Azerbaijan • CBC • APA TV • ATV Cinema • ATV Vivace • Baku TV • TMB Azərbaycan • Kanal-S • Səhiyyə TV | |
Regional | ||
Naxçıvan MR | ||
Fəaliyyətini dayandırmış | Peyk TV • Bakı TV • BMTİ • Sara TV • Mingəçevir TV • ABA TV • AzTV 2 • Lənkəran TV • Yevlax TV • Simurq M TV • ATV International • Aygün TV • Qütb TV • ANS TV • ARB Ulduz • Dalğa TV • Lider TV • Kanal 35 |
Ümumrespublika | ||
---|---|---|
Regional | ||
Peyk, internet, kabel | AFFA TV • APA TV • Azadlıq Radiosu TV • CBC • Chat Box • Dəyərlər TV • Inter FC TV • Kanal 13 • MTV Azerbaijan • Səs TV • Vision TV • AMC • ATV Cinema • ATV Vivace • Ayna TV • Baku TV • Kanal-S | |
Xaricdə fəaliyyət göstərən | Türkmeneli TV • GünAz TV • AzCan TV • Marneuli TV • Amerikanın səsi • CanAz TV • Azarbayjan-e Gharbi TV • Sahar TV Azeri • Azadlıq Radiosu TV • Meydan TV • Turan TV | |
Fəaliyyətini dayandıran | AzTV 2 • BMTİ • Sara TV • Simurq M TV • Aygün TV • Mingəçevir TV • ABA TV • Dünya TV • Peyk TV • Yevlax TV • Yurd TV • Maarif TV • Mingəçevir TV • TV Tibb • Heydarbaba TV • Obyektiv TV • Zuhur TV • Qütb TV • ANS TV • XL TV • FC Baku TV • İrəli TV • Şahin TV • ARB Ulduz • Dalğa TV • Lider TV • İnterAz TV • Kanal 35 |