CBC | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | (müxtəlif bölgələrdə) |
Dil |
Azərbaycan dili Rus dili İngilis dili Gürcü dili |
Baş qərargah | Bakı, Azərbaycan |
Yaranma tarixi |
5 oktyabr 2009 (test yayımı) 29 dekabr 2009 (əsas yayım) |
Sahibi | SOCAR |
Keçmiş adları | ATV International |
Şüar | Bringing Azerbaijan to the World, Bringing World to Azerbaijan |
Qardaş kanallar |
CBC SportHD Xəzər TVHD Xəzər FM Araz FM |
Sayt | cbctv.az |
CBC (Caspian Broadcasting Company) — 2009-cu ildə ATV International adı ilə yayıma başlayan çoxdilli kanal. 10 aprel 2013-cü il tarixində kanal SOCAR tərəfindən alınıb və CBC adı ilə fəaliyyətinə davam edib.[1] Ad dəyişdirdiyi ilk bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı.
ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanırdı. Filmlər isə original dillərində nümayiş etdirilirdi. Sənədli filmlər əsasən, Ermənistanla informasiya müharibəsi ilə əlaqədar yayımlanırdı. Lakin kanalın gəlirlərinin olmaması, üstəlik populyarlığının az olması Azad Azərbaycan Teleradio Yayım Şirkətinin qənaət məqsədilə kanalı əlindən çıxarması fikrinə gətirib çıxartdı və bu məqsədlə 10 aprel 2013-cü il tarixində kanal SOCAR şirkətinin tabeliyinə verilmiş və kanalın adı dəyişdirilərək "CBC" (Caspian International Broadcasting Company) olmuşdur.[2][3][4]
"ATV International Televiziya Filmləri Studiyası" Azərbaycanda sənədli film istehsalçılarından biridir. Studiya Azad Azərbaycan Televiziyasının strukturuna daxil idi. Bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan "ATV International Televiziya Filmləri Studiyası" yarandığı gündən maraqlı filmlərin istehsalı ilə məşğul olub. Teleşirkətin ilk peşəkar telefilm studiyası 2011-ci ilin avqust ayında yaradılıb. Studiya Azad Azərbaycan TRYŞ-nın tarixində ilk sənədli televiziya filmlərinin çəkilişlərini həyata keçirmiş və bir il ərzində müxtəlif növdə 26 televiziya filmi istehsal etmişdir.
Ölkə miqyaslı | ||
---|---|---|
Kabel, peyk, internet | MTV Azerbaijan • CBC • APA TV • ATV Cinema • ATV Vivace • Baku TV • TMB Azərbaycan • Kanal-S • Səhiyyə TV | |
Regional | ||
Naxçıvan MR | ||
Fəaliyyətini dayandırmış | Peyk TV • Bakı TV • BMTİ • Sara TV • Mingəçevir TV • ABA TV • AzTV 2 • Lənkəran TV • Yevlax TV • Simurq M TV • ATV International • Aygün TV • Qütb TV • ANS TV • ARB Ulduz • Dalğa TV • Lider TV • Kanal 35 |
Ümumrespublika | ||
---|---|---|
Regional | ||
Peyk, internet, kabel | AFFA TV • APA TV • Azadlıq Radiosu TV • CBC • Chat Box • Dəyərlər TV • Inter FC TV • Kanal 13 • MTV Azerbaijan • Səs TV • Vision TV • AMC • ATV Cinema • ATV Vivace • Ayna TV • Baku TV • Kanal-S | |
Xaricdə fəaliyyət göstərən | Türkmeneli TV • GünAz TV • AzCan TV • Marneuli TV • Amerikanın səsi • CanAz TV • Azarbayjan-e Gharbi TV • Sahar TV Azeri • Azadlıq Radiosu TV • Meydan TV • Turan TV | |
Fəaliyyətini dayandıran | AzTV 2 • BMTİ • Sara TV • Simurq M TV • Aygün TV • Mingəçevir TV • ABA TV • Dünya TV • Peyk TV • Yevlax TV • Yurd TV • Maarif TV • Mingəçevir TV • TV Tibb • Heydarbaba TV • Obyektiv TV • Zuhur TV • Qütb TV • ANS TV • XL TV • FC Baku TV • İrəli TV • Şahin TV • ARB Ulduz • Dalğa TV • Lider TV • İnterAz TV • Kanal 35 |